Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO

Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO
05 İyl 2025 10:12

Səbail rayonunda polis özünü dənizə atan qadını xilas edib.

News365.az xəbər verir ki, hadisə Dənizkənarı Milli Park ərazisində baş verib. Belə ki, bulvarda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. 

Məlumata görə, dənizdə üzərək batma təhlükəsi ilə üzləşən qadına yaxınlaşan polis FHN-nin əməkdaşları ilə birgə onu karterlə sahilə çıxarıb. 2000-ci il təvəllüdlü şəxs tibb personalına təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada