Devrim Özkan və Lucas Torreira dördüncü dəfə ayrıldı

Devrim Özkan və Lucas Torreira dördüncü dəfə ayrıldı
16:33

Qısa müddət əvvəl barışan Devrim Özkan və Lucas Torreira yenidən ayrılıblar. Qalatasarayın ulduzu meydanlarda məşqlərə davam edərkən, məşhur aktrisa xəstəxanadan paylaşım edib.

News365.az xəbər verir ki, Qalatasaraylı futbolçu Lucas Torreira ilə aktrisa Devrim Özkan dördüncü dəfə münasibətlərini bitiriblər.

3 avqustda Qalatasaray–Lazio hazırlıq matçından sonra barışan cütlük birgə tətilə çıxaraq “eşq geri döndü” mesajı vermişdi. Ancaq bu münasibət cəmi 15 gün çəkib.

Sevgililərin sosial mediada bir-birlərini izləmədən çıxarması ayrılıq iddialarını təsdiqləyib.

Liqa oyunlarının başlaması ilə İstanbula dönən Lucas Torreira komanda ilə məşqlərə başlayıb. Devrim Özkan isə xəstəxanadan paylaşaraq ikinci dəfə böyrək əməliyyatı keçirdiyini açıqlayıb:

“2-ci əməliyyatımı oldum, daha yaxşı olacağam. Özümə yeni gəlirəm, ağrılarım var, amma yaxşı hiss edirəm. Sağlamlığınıza diqqət edin, xüsusilə də böyrəklərinizə!”

News365.az 


Sizin reklam burada
Sizin reklam burada