Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır

Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır
18:45

Baş Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır.

News365.az APA-ya istinadla xəbər verir ki, “Dost Estetik Mərkəzi”n Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən əməliyyatla bağlı Baş Prokurorluqda araşdırma başlanılıb.

Qeyd edək ki, bu gün sosial şəbəkədə “Dost Estetik Mərkəzi”n Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən liposaksiya əməliyyatının görüntüləri yayılıb. 

İddialara görə, əməliyyatı icra edən şəxs tibb işçisi deyil, vaxtilə saç ustası olub.

Faktla bağlı ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində də araşdırma aparıldığı açıqlanıb.


Sizin reklam burada
Sizin reklam burada