Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO

Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
19 Avq 2025 16:18

Sosial şəbəkələrdə əməliyyat proseduru ilə bağlı daha bir qeyri-etik görüntülər yayılıb.

Bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub.

Jurnalist bildirib ki, videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib.

Pərvin Abışova qeyd edib ki, adıçəkilən tibb işçisi əvvəl saç ustası olub.

News365.az xəbər verir ki, məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlanıb.

Mərkəzdən hadisədən xəbərdar olduqları və bu istiqamətdə araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, etik səbəblərdən videonun bəzi hissələri örtülüb.



Sizin reklam burada
Sizin reklam burada