Təhlükə yaxınlaşır: Diqqətli olmaq lazımdır

Təhlükə yaxınlaşır: Diqqətli olmaq lazımdır
14:39

Avqustun 20-də Yer kürəsini bu ayda ikinci maqnit qasırğası vuracaq.
Rusiyanın Günəş astronomiyası laboratoriyasının saytında məlumat verilib.
 Qasırğa bir və ya iki gün davam edəcək və orta gücdə olacaq. Səbəb Günəşdə nəhəng tac dəliyi - təxminən yarım milyon kilometr ölçüsündə qaranlıq bir sahənin əmələ gəlməsidir.

Günəş küləyinin sürəti bu gün artmağa başlayacaq və sabaha qədər, demək olar ki, üç dəfə - saniyədə 300-dən 800-900 kilometrə qədər arta bilər. Yerin maqnit sahəsinə ən güclü zərbə çərşənbə axşamı gözlənilir və nəticələri çərşənbə günü hiss oluna bilər.

Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov bu günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada