Politoloq Oqtay Qasımov ABŞ şirkətinin Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməsi ilə bağlı məsələyə münasibət bildirib.
News365.az-a açıqlamasında o qeyd edib ki, bu proses Rusiya və İranın son 5 ildə apardığı siyasətin nəticəsidir:
"Əslində, böyük miqyasda baxsaq, Amerikan şirkətinin Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməsi məhz Rusiya və İranın apardığı siyasətin nəticəsidir. 5 ildən bəri İran dəhlizin açılmasına ciddi mane olurdu, Rusiya isə əlindəki imkanlardan istifadə etməyərək bu mexanizmi ləngidirdi. Nəticədə Ermənistan doğru qərar verərək ABŞ şirkəti ilə anlaşdı və həmin ərazinin təhlükəsizlik nəzarətini həmin şirkətə təhvil verdi." – deyə politoloq bildirib.
Oqtay Qasımov qeyd edib ki, bu, həm də İranın illərdir səsləndirdiyi iddiaların iflasıdır:
"İran daim Azərbaycanı ittiham edirdi ki, guya Zəngəzur dəhlizinin açılması onların qırmızı xəttidir. Deyirdilər ki, bu dəhliz açılsa, Ermənistanın ərazi bütövlüyü pozulacaq, bölgədə geosiyasi dəyişikliklər olacaq və Ermənistanın İranla guya minillik əlaqələri zərbə alacaq. Amma nəticə etibarilə gördük ki, Ermənistan siyasi iradə nümayiş etdirdi və ABŞ-la əməkdaşlığa getdi. Bu, Rusiya və İranın apardığı siyasətin acı nəticəsidir."
Politoloq hesab edir ki, bölgədə baş verənlər yeni geosiyasi reallıqların formalaşmasının göstəricisidir