İş adamı Şərurlu İsfəndiyar Tv365 kanalında qonaq olub.
News365.az xəbər verir ki, o, məhkəmə prosesində çıxarılan qərarlardan narazı olduğunu bildirib.
Onun sözlərinə görə, hakim tərəfindən qəbul edilən qərarlar qanunsuz xarakter daşıyır və bu, şirkətin fəaliyyətinə ciddi zərbə vurur:
"Bu qədər qanunsuz qərar qəbul edən hakim ola bilməz. Bizə qarşı qəsd niyyətləri var. Maşınlara həbs qoyurlar. Qanuna görə hansı məbləğdə həbs qoyulmalıdırsa, ondan dəfələrlə artıq həbs qoyurlar. 10 qat, 100 qat artıq məbləğ müəyyən edirlər. Halbuki bizim şirkət də dövlətə xidmət edən bir hüquqi şəxsdir. İnsanların çörəyini kəsmək düzgün deyil. Dövlət bizə güvənib, milyonlarla vergi ödəyirik." – deyə iş adamı vurğulayıb.
Şərurlu İsfəndiyar bildirib ki, məhkəmənin işinə təsir edən qüvvələr var:
"Əgər hakim vicdanla yanaşsa, qanunsuz qərar qəbul etməz. Mən müqavilə əsasında fəaliyyət göstərirəm, dövlətə dəstək olmuşam. Amma işlər aylarla uzadılır, qərarlar qeyri-ədalətli çıxarılır. Mən dövlətdə çox işlər görmüşəm, amma belə haqsızlıqları bağışlamaq olmur."
İş adamı məsələ ilə bağlı dövlət qurumlarının da xəbərdar olduğunu qeyd edib və ədalətin bərpa olunacağına ümid etdiyini bildirib.
News365.az