“Rusiya Azərbaycana təzyiq göstərir” - Politoloqdan şərh

“Rusiya Azərbaycana təzyiq göstərir” - Politoloqdan şərh
16:39

“Rusiya Azərbaycana iqtisadi təzyiq göstərmək üçün ardıcıl hücumlar həyata keçirir”

Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, son dövrdə baş verən hadisələr təsadüfi deyil və Rusiya Azərbaycana təzyiq göstərmək üçün müxtəlif vasitələrdən istifadə edir.

Bayramov qeyd edib ki, Yekaterinburq və Rusiyanın digər şəhərlərində azərbaycanlılara qarşı zorakılıq halları, Azərbaycan kökənli iş adamlarına qarşı qanunsuz yoxlamalar, diaspor təşkilatlarına hücumlar, rəhbərlərin saxlanması və enerji obyektlərinə – qaz stansiyası, Yanacaq Doldurma Məntəqəsi və neft anbarına edilən hücumlar bunun bariz nümunəsidir.

O, həmçinin bildirib ki, bu cür hücumlar Azərbaycanın iqtisadi təhlükəsizliyinə təhdid olmaqla yanaşı, ölkənin Ukraynayla bağlı mövqeyinə görə cəzalandırılması məqsədini də güdür. Bayramov vurğulayıb ki, Rusiya bundan sonra da Ukrayna ilə eyni mövqedə çıxış edənlərə qarşı hücumları davam etdirə bilər.


Sizin reklam burada
Sizin reklam burada