Antalya Baş Prokurorluğunun “rüşvət” üzrə apardığı istintaq çərçivəsində, Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek’in oğlu Gökhan Böcek xaricdən dönüşündə Antalya Hava Limanında saxlanılıb.
News365.az xəbər verir ki, Gökhan Böcek bu gün Vyana-dan uçuşla gəlib.
Qeyd edək ki, Antalya Baş Prokurorluğunun apardığı istintaq nəticəsində 5 iyulda Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcek həbs edilmişdi. Eyni istintaq çərçivəsində, 27 iyulda Böcek’in sabiq gəlinləri Zeynep Kerimoğlu da xaricdən dönüşündə saxlanılmış, 31 iyulda isə həbs olunmuşdu.
News365.az