Rəşad Mehdizadə vəzifəsindən ayrıldı

Rəşad Mehdizadə vəzifəsindən ayrıldı
16:49

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdizadə vəzifəsindən ayrılıb.

News365.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Mənim üçün asan olmayan, amma karyeram üçün vacib bir qərar verdim. Yeddi ildən çoxdur çalışdığım Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindəki fəaliyyətimə öz xahişimlə yekun vururam.

İndi isə qarşıda məni yeni bir mərhələ, yeni çağırışlar və fərqli hədəflər gözləyir. Əminəm ki, burada qazandığım bilik və təcrübə gələcək işlərimdə də mənə yol göstərəcək", - deyə Rəşad Mehdizadə qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada