Beyoğlu Bələdiyyə Başçısı İnan Güney vəzifəsindən uzaqlaşdırıldı

Beyoğlu Bələdiyyə Başçısı İnan Güney vəzifəsindən uzaqlaşdırıldı
16:22

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) dair aparılan istintaq çərçivəsində həbs olunan Beyoğlu Bələdiyyə Başçısı İnan Güney vəzifəsindən kənarlaşdırılıb.

News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, İnan Güneyin “cinayət törətmək məqsədilə qurulan təşkilata üzv olmaq və dövlət qurumlarının zərərinə dələduzluq” ittihamları ilə barəsində aparılan istintaq əsasında İstanbul 3-cü Sülh Cinayət Hakimliyinin 19.08.2025-ci il tarixli qərarı ilə həbs edilməsindən sonra, Konstitusiyanın 127-ci və “Bələdiyyə haqqında” Qanunun 47-ci maddəsinə əsasən, müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılıb.

Nazirliyin qərarına uyğun olaraq, Beyoğlu Bələdiyyəsində başqan vəkilinin seçilməsi üçün Bələdiyyə Məclisində səsvermə keçiriləcək.

Seçki 22 avqust Cümə günü baş tutacaq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada