Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan icmasının rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.
News365.az Rusiya mediasına istinadən xəbər verir ki, həmçinin onun Rusiya ərazisinə daxil olmasına qadağa qoyulub.
Ə.Xankişiyev etnoseparatizmin təbliğ edilməsində ittiham edilib.
Bununla yanaşı, onun bmeyvə və tərəvəz ticarəti ilə məşğul olan biznesmen olduğu qeyd olunub. Xankişiyevin “Fruktdom”, “Fruit-House”, “Nar Şarab” və “Kaspiy” MMC-lərinin təsisçisi və sahibi olduğu bildirilib.
Xatırladaq ki, ötən ay Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov bu ölkənin vətəndaşlığından çıxarılmışdı.