Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var – FOTOLAR/VİDEO

Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var –  FOTOLAR/VİDEO
26 Apr 2024 15:35

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olmaqda şübləi bilinən 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb. 

Daxili İşlər Nazirliyindən News365.az-a verilən məlumata görə, Bakının Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 5 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb. 

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

 


Youtube kanalımız

Oxşar xəbərlər