Əsgər valideynləri də Paşinyan əleyhinə aksiyaya qoşuldular

Əsgər valideynləri də Paşinyan əleyhinə aksiyaya qoşuldular
06 May 2024 15:05

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar.

Bu gün müharibədə ölmüş əsgərlərin valideyn delimitasiyaya və ölkə rəhbərliyinə  qarşı olan "Tavuşa dəstək" aksiyalarına qoşulublar. 

Ölmüş hərbçi Menua Hovannisyanın anası Karin Tonoyanın yerli mediaya açıqlamasında deyib ki, o, "Vətən adına Tavuş" hərəkatına  böyük ümid və qorxu ilə qoşulub.

Öz növbəsində, Qarabağda məhv edilmiş hərbçi David Gevorkyanın anası Alisa Gevorkyan da qeyd edib ki, o, ölkənin necə dağıdılmasını izləyə bilmədiyi üçün hərəkata qoşulub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər. 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər