Macarıstanla Ermənistan İrəvan və Budapeştdə səfirliklər açırlar

Macarıstanla Ermənistan İrəvan və Budapeştdə səfirliklər açırlar
06 May 2024 16:38

Ermənistanla Macarıstan yaxın vaxtlarda İrəvan və Budapeştdə səfirliklər açmaq barədə razılığa gəliblər. News365.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto erməni həmkarı Ararat Mirzoyanla danışıqlardan sonra bəyan edib.

"Bu, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması prosesində daha bir mühüm addım olacaq", - Macarıstan XİN rəhbəri bildirib.

O xatırladıb ki, iki ölkə on illik fasilədən sonra 2022-ci ilin dekabrında diplomatik münasibətləri bərpa ediblər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər