Rusiya Vaşinqton, London və Parisə nüvə zərbəsi endirəcək - Medvedev HƏDƏLƏDİ

Rusiya Vaşinqton, London və Parisə nüvə zərbəsi endirəcək -  Medvedev HƏDƏLƏDİ
06 May 2024 16:18

“Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

Medvedev əlavə edib ki, Qərb ölkələrinin liderləri bu halda “nə Kapitoli təpəsində, nə Yelisey sarayında, nə də Dauninq-stritdə gizlənə bilməzlər”.

Medvedevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.

Xatırladaq ki, bundan bir qədər əvvəl Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb.


Youtube kanalımız

Oxşar xəbərlər