Finlandiya başqa ölkələrin silah ehtiyatlarını saxlamağa hazırlaşır

Finlandiya başqa ölkələrin silah ehtiyatlarını saxlamağa hazırlaşır
06 May 2024 15:59

Finlandiya böhran vəziyyətində Norveçdə sursat ehtiyatı saxlamaqla bağlı proseslərə başlayıb. Helsinki öz anbarlarını digər ölkələrin müdafiə materialları üçün də istifadəyə verəcək.

News365.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin hərbi iqtisadiyyat şöbəsinin rəhbəri Mikko Heyskanen "Yle" telekanalına açıqlamasında deyib.

Finlandiya hərbi ehtiyatlarının ilk sınaq partiyası hələ 2023-cü ilin payızında Norveçə təhvil verilibmiş. İki ölkənin hakimiyyət orqanları bununla bağlı müvafiq hökumətlərarası saziş imzalayıblar. 

"Bu partiyada silahlar, döyüş sursatı, digər materiallar, ehtiyat hissələri olub", - Heyskanen qeyd edib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər