Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə doqquz medal qazanıblar

Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə doqquz medal qazanıblar
06 May 2024 16:11

Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.

 Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Kazan şəhərində 4-5 may tarixlərində keçirilən turnirdə üzgüçülərimiz ümumilikdə iki qızıl, dörd gümüş, üç bürünc medal qazanıblar.

Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1 084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet komandası yarış mükafatları uğrunda yarışıblar. İlk gündə idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəsti uğrunda mübarizə aparıblar. Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m və 50 m batterflyay üsulunda qızıl medal, Fatimə Alkərəmova isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar.

Yarışların ikinci günündə də idmançılarımız yüksək nəticələr göstəriblər. Belə ki, Əbdürrəhman Rüstəmov 100 m batterflyay üsulunda 2-ci yer, 200 m qarışıq üsulda 2-ci yer, 200 m sərbəst üsulda 2-ci yeri qazanıb. Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib.

Qeyd edək ki, xanım üzgüçümüz Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 200 m qarışıq üsulda isə 3-cü yerə sahib olub.


Youtube kanalımız

Oxşar xəbərlər