İran nüvə texnologiyalarını başqa ölkələrə ötürəcək

İran nüvə texnologiyalarını başqa ölkələrə ötürəcək
06 May 2024 15:25

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Nüvə Fizikası və Texnologiyası üzrə Birinci Beynəlxalq Konfrans ərəfəsində İsfahanda keçirilən İranın dinc nüvə enerjisi sahəsində nailiyyətləri sərgisini ziyarət edib. O burada diqqət çəkən açıqlama verib. İslami qeyd edib ki, İran elmi biliklərin mübadiləsi məqsədilə yeni sistem yaratmaq üçün nüvə texnologiyasını başqa ölkələrə ötürməyə hazırdır.

“İmperialist dövlətlərin hegemonluğu ilə mübarizə aparmaq üçün biz bu (nüvə – red.) texnologiyaları başqa ölkələrə ötürməyə hazırıq ki, maneələr qırılsın və fərqli elmi nizam yaransın”, - deyə o bildirib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər