Simonyan anti-Rusiya bəyanatından danışd: “Düz etmişəm“

Simonyan anti-Rusiya bəyanatından danışd:  “Düz etmişəm“
06 May 2024 13:47

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya ilə bağlı neqativ bəyanatlarından danışıb. News365.az Rusiya mediasına istinadən xəbər verir ki, Simonyan Moskvaya dair fikirlərinin, xüsusən də Ukraynadakı hərbi əməliyyatlarla bağlı bəyanatların erməni xalqı adından verdiyini söyləyib.

"Dediklərimin hamısı düzgün və yerində idi... Təmsil etdiyim şəxslərin adından açıqlama verirdim. Əgər bəzi ölkələrdə hakimiyyət öz xalqını təmsil etmirsə, bu, onların problemidir", - o qeyd edib.

Avropa İttifaqında (Aİ) üzv ölkələrin parlament sədrlərinin İspaniyada keçirilən konfransında Simonyan Ukraynadakı münaqişədən danışarkən Rusiya Federasiyasının hərəkətlərini “işğal” adlandırmışdı. O,  qeyd edib ki, İrəvanın Ukrayna, Moldova, Gürcüstan və Kiprin ərazi bütövlüyünü müdafiə edir. Spiker həmçinin Rusiya hökumətinin nümayəndələrinin “öz maraqlarını Ermənistana diktə etməkdə" ittiham etmişdi.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər