Şəkidə 4 otaqlı evin qəsdən yandırılıb?

Şəkidə 4 otaqlı evin qəsdən yandırılıb?
06 Yan 2026 20:40

Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb.

News365.az xəbər verir ki, yanvarın 5-i gecə saat 02 radələrində rayonun Baş Göynük kəndində, kənd sakini Fazil Əhmədova məxsus, ümumi sahəsi 190 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. 

Ev sahibi Fazil Əhmədovun iddiasına görə, ev qəsdən yandırılıb. 

Belə ki, baş verən yanğından sonra məlum olub ki, evdən qızıl-zinət əşyaları və pul oğurlanıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvar ayının 5-də Şəkinin Baş Göynük kəndində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və sonradan oğurluq edilməsi iddiaları ilə bağlı ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada