Pezeşkian ABŞ-a çağırış etdi

Pezeşkian ABŞ-a çağırış etdi
13:20

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ-la imzaladığı razılaşmadan danışıb.

News365.az-ın məlumatına görə, Prezident bildirib ki, ABŞ İranla imzaladığı razılaşmanın şərtlərinə əməl edəcəyi təqdirdə Tehran da öz öhdəliklərini yerinə yetirəcək. O, həmçinin vurğulayıb ki, İran təhdidlər qarşısında rasional yanaşma və qətiyyətli müdafiə siyasətini davam etdirəcək.

“Qarşılıqlı anlaşma ikitərəfli hərəkət tələb edən bir yoldur. Əgər Amerika tərəfi razılaşmaya əməl edərsə, biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik. Ağılsız təkəbbürə və əsassız təhdidlərə münasibətimiz ondan ibarətdir ki, qərarlar rasionallıq və insan ləyaqəti prinsiplərinə əsaslanmalıdır. Eyni zamanda, hərəkət etmək vaxtı gəldikdə qətiyyətlə və qorxmadan özümüzü müdafiə etməliyik”, – İran prezidenti X sosial şəbəkəsində yazıb.


Sizin reklam burada
Sizin reklam burada