Pentaqonun gücü: 2 gəmi üçün 19 milyard ödədilər

Pentaqonun gücü: 2 gəmi üçün 19 milyard ödədilər
01 May 2025 08:00

Pentaqon iki Virciniya sinifli dördüncü nəsil çoxməqsədli nüvə sualtı qayıqlarının tikintisi üçün "General Dynamics" və "Huntington Ingalls" şirkətləri ilə 18,4 milyard dollar dəyərində müqavilələr bağlayıb. Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib.


Müqavilələrə iki sualtı qayığın tikintisi ilə yanaşı, gəmiqayırma zavodlarında məhsuldarlığın artırılmasına və nüvə enerjisi ilə işləyən gəmiqayırma proqramına investisiyaların yatırılması da daxildir.


"General Dynamics" ilə müqavilənin dəyəri 12,4 milyard dollardır və yekun məbləğ potensial olaraq 17,15 milyard dollara qədər yüksəlir.


"Huntington Ingalls" ilə müqavilənin dəyəri isə təxminən 1,3 milyard dollardır. Pentaqonun bəyanatında müqavilələrin özündə ümumi müqavilə dəyərini 18,445 milyard dollara çatdıra biləcək variantları ehtiva etməsi qeyd edilib.

Müqavilələr üzrə işlər 2036-cı ilin iyun ayına qədər tamamlanmalıdır.



Tural


Sizin reklam burada
Sizin reklam burada