Pensiya düzəltmək adı iıə dələduzluq edən şəxslə bağlı QƏRAR

Pensiya düzəltmək adı iıə dələduzluq edən şəxslə bağlı QƏRAR
30 May 2025 17:40

Vətəndaşlara “xəstəliyə görə pensiya” düzəltmək adı ilə etibardan sui-istifadə etməkdə təqsirləndirilən İlqar Əliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

News365.az xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin hökmü ləğv edilib və təqsirləndirilən İlqar Əliyevə 5 min manat cərimə cəzası təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən İlqar Əliyev Saatlı Rayon Məhkəməsinin hökmünə əsasən, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Ona Cinayət Məcəlləsinin 312-1.1-ci (Şəxs olaraq öz imkan və ya güman yaratmaq imkanlarından istifadə imkanlı vəzifəli potensiala təsir imkan yaratmaq özü və ya üçüncü şəxslər üçün, mənsubiyyət və ya dolayı, şəxs və ya digər vasitələrdən istifadə səmərəli və sair nemətin, imtiyazın və ya inkişafın istənilməsi və ya alınması və ya bu ehtimal tələb və ya vədin qəbul edilməsi) maddəsi ilə ittiham irəli sürülüb.



Sizin reklam burada
Sizin reklam burada