Gəncədə azyaşlı xəstəxanada öldü - YENİLƏNİB

Gəncədə azyaşlı xəstəxanada öldü - YENİLƏNİB
06 İyn 2025 11:13

05.06.2025-ci il tarixində saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

    Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.

    ***

    09:29

    Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.

    News365.az xəbər verir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.

      Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.

      Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.

      Faktla bağlı araşdırma aparılır.



      Sizin reklam burada
      Sizin reklam burada