Xirdalan şəhəri “Abşeron” Gənclər şəhərciyində arzuolunmaz hadisə yaşanıb.
News365.az xəbər verir ki, Nissan markalı, 99-QG-756 dövlət nömrə nişanlı avtomobilin üzərinə yuxarı mərtəbədən bərk cisim atılıb və nəticədə avtomobilin ön şüşəsini yararsız hala düşüb.
Avtomobil sahibi aidiyyəti üzrə komendata müraciət etsə də, hər hansı bir nəticə hasil edilməyib.
Xanım sürücü hüquq-mühafizə orqanlarına mürcaiət edəcəyini bildirib.