Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - FOTO

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - FOTO
10:25

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.

News365.az-ın məlumatına görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Bakı Şəhər Prokurorluğunda idarə rəisidir.

Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.


Sizin reklam burada
Sizin reklam burada