“Xüsusi Təyinatlıların, Qazilərin, Şəhid Ailələri və Veteranların” İctimai Birliyinin sədri Bəhruz Məmməzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.
News365.az-ın məlumatına görə, dövlət başçısına ad günü münasibətilə yazılan təbrik məktubunda deyilir:
Hörmətli cənab Ali Baş Komandan!
Sizin apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edildi və dövlətimiz, xalqımız tarixə qızıl hərflərlə yazılan möhtəşəm Zəfərə imza atdı. Bu il tarixi Zəfərimizin 5 illiyini qeyd etdikvə əminliklə deyə bilərik ki, Böyük Qələbəmiz bundan sonra da xalqımızın əbədi qürur mənbəyi olacaq.
Hörmətli cənab Prezident!
Siz hər zaman şəhid ailələrinə və qazilərimizə yüksək diqqət və qayğı göstərmisiniz. Sizin müdrik rəhbərliyiniz altında ölkəmiz gündən-günə inkişaf edir, beynəlxalq arenada öz sözünü qətiyyətlə deyir. Dünya liderləri ilə keçirdiyiniz görüşlər ölkəmizin nüfuzunu daha da artırır və hər birimizin qürur mənbəyinə çevrilir.
Cənab Ali Baş Komandan!
Sizi doğum gününüz münasibətilə Xüsusi Təyinatlılarının ehtiyatda olan qazilərinin və şəhid ailələrinin hər birinin adından səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və dövlətimiz naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.