Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
News365.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılmasına toxunulub. Paşinyan sülhə sadiq və sazişi imzalamağa hazır olduğunu qeyd edib.