"Oğlum və bacım mənim sağ əlimdir" – Mətanət İsgəndərlidən səmimi etiraf
News365.az xəbər verir ki, tanınmış müğənni Mətanət İsgəndərli son açıqlaması ilə diqqət çəkib. Sənətçi bildirib ki, illər ərzində sənət yolunda heç bir təmənna güdmədən iştirak etdiyi tədbirlər az olmayıb:
"Oğlum mənə deyir ki, dostlarını sına, görək sənə kim dəstək olacaq. Çünki sən can qoymusan. Təmənnasız hər yerə getmisən. Mən 30 faiz toylara təmənnasız getmişəm."
Mətanət xanım sözlərinə davam edərək ailəsinə olan bağlılığını da dilə gətirib:
"Oğlum mənim sağ əlimdir. Bacım Təranə və oğlum mənim sağ əlimdir."