İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra yerli vaxtla saat 17:55-ə olan məlumata görə, 127 afterşok qeydə alınıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.
Onun sözlərinə görə, Fatih rayonunda boş olan bir binanın dağıldığı təsdiqlənib. Başqa dağıntı yoxdur.
Nazir həmçinin əlavə edib ki, zəlzələ nəticəsində zərər görmüş doqquz binadan sakinlərin təxliyəsi həyata keçirilib.