Kamil atasından imtina etdi: soyadı və adını dəyişdi

Kamil atasından imtina etdi: soyadı və adını dəyişdi
23 Apr 2025 23:30

Tanınmış idmançı Kamil Zeynallının şəxsi həyatı ilə bağlı məlumat diqqət çəkib.


News365.az Milli.az-a istinadən xəbər verir ki, K.Zeynallı ilə birgə verilişə qatılan anası Sahilə xanım atası ilə oğlunun münasibətlərindən danışıb.


"Kamil ilə atasının arasına girməmişəm. Münasibətlərinin yaxşı olmasını istərdim. Bu qərarı Kamil özü verib. Dedi ki, atam mənim üçün yoxdur. Əsgərlikdən gələndən sonra atası ilə görüşə getdi, amma atası oğlunu qəbul etmədi. O, birdəfəlik atasının üstündən xətt çəkdi.


Universiteti bitirəndə gördüm ki, sənədlərdə soyadına mənim soyadımı, ata adı yerinə də babasının adını yazıdırıb. Oğlum ağır həyat keçirib, bir qarnı tox, bir qarnı ac böyüyüb. Camaat bayram edib, kabab çəkəndə, bizə vermədikləri üçün Kamil ağlayırdı. Bunlar ürəyimə dağ olub. Şükür ki, Kamilin indi hər şeyi var. Allah onu qəlbinə görə mükafatlandırdı", - Kamil Zeynallının anası qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada