Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 24-də ilk dəfə olaraq Cənubi Afrika Respublikasına (CAR) səfər edəcək.
News365.az xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Ukrayna liderinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə CAR Prezidenti Siril Ramafosa ilə görüşəcəyi bildirilib.
Görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq səylərinin də müzakirə olunacağı gözlənilir