İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Valilik 151 nəfərin hündür yerlərdən atıldığını açıqlayıb.
News365.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, açıqlamaya görə, panika səbəbilə hündürlükdən tullanaraq yaralanan 151 vətəndaşın xəstəxanalarda müalicəsi davam edir və onların həyati təhlükəsi yoxdur.
Zəlzələ zamanı enerji təchizatı və infrastruktur, təbii qaz təchizatı, içməli su və kanalizasiya infrastrukturunda ümumi həyata təsir edəcək hər hansı bir mənfilik yaşanmayıb.
"Zəlzələdə can itkisi olmayıb. 151 vətəndaşın yüksəklikdən tullanması səbəbinən xəsarət alması müəyyənləşdirlib. Onların müalicəsi davam edir", - məlumatda deyilir.
Xatırladaq ki, İstanbulda son bir saat ərzində 8 zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytında yer alan məlumatlara görə, yerli vaxtla saat 12:19-da baş vermiş 3,9 bal gücündə ilk zəlzələdən sonra şəhərdə daha 7 yeraltı təkan qeydə alınıb.
Zəlzələlərin ən kiçiyi İstanbulun Böyükçekmece rayonunun sahillərində 3,4 bal, ən şiddətlisi isə Mərmərə dənizinin İstanbulun Silivri rayonu suları ərazisində 6,2 bal gücündə olub.
Qeyd edək ki, şəhərdə saat 12:19-da baş verən 3,9 bal gücündəki ilk zəlzələdən sonra 6.2, 4.4, 5.9, 4.8, 4.5, 4.9 və 3.4 gücündə yeraltı təkanlar qeydə alınıb.