Azərbaycanda növbəti torpaq hərracı keçiriləcək

Azərbaycanda növbəti torpaq hərracı keçiriləcək
23 Apr 2025 20:45

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 21-də növbəti dəfə torpaq hərracı keçirəcək.


News365.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.


Məlumata görə, hərraclar ƏMDX-nın Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı, Ağsu və İsmayıllı ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 12 torpaq sahəsi çıxarılacaq.


Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.


Sizin reklam burada
Sizin reklam burada