Bricit kişidir, yoxsa qadın? - ARAŞDIRMA

Bricit kişidir, yoxsa qadın? -  ARAŞDIRMA
28 İyn 2024 10:20

Xəbər verdiyimiz kimi bu günlərdə Fransanın birinci xanımı Bricit və onun qardaşı Jan-Mişel Tronye fransız jurnalistlər Nataşa Rey və Amandine Roya qarşı iddiası üzrə ilk məhkəmə keçirilib. Məhkəmə Parisdəki İslah Tribunalında baş tutub. İddia isə ondan ibarətdir ki, Bricit anadangəlmə qadındır.

Məsələ ilə bağlı tarixçi alim Zaur Əliyev News365.az- –a xüsusi məqalə təqdim edib.

Həmin məqaləni olduğu kimi dərc edirik:

Dünyada elə bir sirr yoxdur ki, nə zamansa onu ortaya çıxarmaq olmasın. Nə qədər gizli saxlanılmasına baxmayaraq dünyada son aylarda ortaya çıxan bir sirr Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun 30 yaşına qədər kişi olub, sonra cinsiyyətinin dəyişməsidir.

Bu faktı ortaya çıxaran “Faits et Documents” qəzetinin jurnalistləri Nataşa Rey, Amandine Roy və amerikalı Kendis Ouens əllərində bunu sübut edəcək sənəd və fotoların olduğunu bidlirirlər. Maraqlıdır ki, Paris İslah Tribunalda bu faktı yazan fransız jurnalistlərə qarşı heç bir hüquqi məsuliyyət təyin edilməyib. Le Parisien qəzeti yazıb ki, məhkəmə Fransa prezidentinin xanımının iddiasını təmin etməyib. İndi isə daha ətraflı

2024-cü il. Fransa prezidenti Emmanuel Makronun 46 yaşı, arvadı Bricitin 70 yaşı var. Necə ola bilər ki, özündən iki dəfə çox yaşa sahib olan qadına gənc Paris Universitetinin tələbəsi vurula bilər?

Fransa rəsmi məlumatında buna belə aydınlıq verilir: “Bricit Emmanuel Makronla 1992-ci ilin sentyabrında tanış olub. O, 39 yaşında, evli üç uşaq anası və Amiensdəki Fransız katolik məktəbində müəllim idi. Makronun 15 yaşı var idi və onun qızlarından biri olan Lorans ilə eyni sinifdə oxuyurdu.

1994-cü ildə onların arasında sevgi yarandığını görən Emmanüelin atası, nevrologiya üzrə professor Jan-Mişel Makron Brijitin oğlu ilə ünsiyyətinə qadağa qoyub. Emmanüelin 17 yaşı tamam olanda valideynləri onu Parisə, IV Henrix adına gimnaziyaya oxumağa göndəriblər. O vaxtdan Makronla Brijit yalnız məktublaşa biliblər. Lakin bütün bu qadağalara baxmayaraq 20 oktyabr 2007-ci ildə Emmanüel Makronla evlənib.”

Bəs həqiqət hardadır?

Onun atası Jan Tronyö və anası Simonadır. 13 aprel 1953-cü ildə Amyen şəhərində anadan olub. Bricit Makron əslində Jean-Michel və ya da bəzi məlumatlara Con Michael adı ilə doğulub. 30 yaşına kimi kişi olub. Bricit adını uşaq ikən ölmüş bacısından götürüb. İddialara görə, bacısının ölümü Əlcəzairə təhsil almağa gedən Jan-Mişelə çox təsir edib. Orada o, Məxfi Xidmət agenti Jan-Luis Ozierin təsiri altına düşüb. Burda onun komandanlığı ilə çoxsaylı xəfiyyə əməliyyatlarında iştirak edib.

1984-cü ildə Jan-Mişel öz adına saxta sənədlər alaraq Bricit kimi reinkarnasiya olunub. Fransada məxfi xəstəxanaların birində cinsiyyətini dəyişib qadın olan bu “qadının” missiyası perspektivli yeniyetmələri müəyyən etmək və onlara təsir etmək üçün elit fransız məktəblərinə sızmaq idi.

Bricit Emmanuel Makronla tanış olanda bankir “Andre-Luis Ozierlə” evli idi və bu evlilikdən üç uşağı olub guya- Tiffany, Laurence və Sebastian. Bununla belə, Ozierin uydurma bir fiqur olduğu bir versiya var - 32 illik evliliyindən sonra onun haqqında demək olar ki, heç bir məlumat qorunmayıb. Və 2020-ci ilin payızında media Brigittenin keçmiş ərinin öldüyünü və gizli şəkildə dəfn edildiyini bildirilir.

Bu birdaha göstərir ki, əslində Bricit əvvəl məfxi xidmət agenti olan kişi idi və gələcəkdə Fransada yüksək vəzifə tutması ehtimal edilən elit ailələrin içərisinə sızdırılıb və qurbanı da Emmanuel Makron olub. Bunu Avropanın kral ailələri və xüsusi xidmət orqanları bilir. Məsəl üçün, İngiltərə kralı III Çarlz hər zaman başqa dövlətlərin başçıları ilə görüşərkən, etiketə uyğun olaraq birinci xanımların əllərini öpür, lakin Bricit Makron məsələsində onun əlini ancaq sıxır.

The İnsider dərgisi də Fransanın birinci xanımının kişi olması ilə bağlı iddianı təsdiqləyib. Bu bir daha sübut edir ki, Fransanın son illərdə dünyada LGBT dəstəkləmək siyasətinin arxasında 30 il kişi, 40 ildir də qadın olan Jan-Mişel Bricit Makron durur. Dünyaya əxlaq və mədəniyyət nümunəsi kimi özünü göstərən Fransa özü əxlaqsız bir sistemlə idarə edilir”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər