Məşhur türkiyəli rejissor və ssenarist Osman Sınav uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
News365.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
69 yaşında vəfat edən sənətçini son günlərində aktyorlar Oktay Kaynarca, Mehmet Aslantuğ, Özgü Namal və Səlcuq Yöntem ziyarət etmişdi.
Osman Sınav karyerası boyunca “Dəli Ürək”, “Qurdlar Vadisi”, “Sakarya Fərat” və “Sən Anlat Qara dəniz” kimi unudulmaz ekran işlərinə imza ataraq, milyonların yaddaşında silinməz iz buraxıb.