Müğənni bacılar Sevil və Sevinc Səfərovalar instaqramda onlara gələn mesajı ifşa ediblər.
News365.az xəbər verir ki, bacılar izləyicilərdən biri nin onlara illərdir yazdığı mesajları paylaşıblar. Belə ki, izləyici illər ərzində ifaçılara mesaj yazıb. Həmin mesajlarda təhdidlər zamanla başqa istiqamətdə dəyişib.
"Sevgidən nifrətə bir addımdır deyirlər, düzdür. 2024-cü ildən bəri hələ də təslim olmur. Halal olsun. Çox təsadüfən qarşımıza çıxan izləyicimizin "sevgi" anlayışı" deyə, paylaşımda yazılıb.
