Onlara kömək edənin də... - AZTV-dən Rusiyaya + VİDEO

Onlara kömək edənin də... - AZTV-dən Rusiyaya + VİDEO
10 Fev 2025 10:20

AzTV-də yayımlanan "Həftə" verilişində Rusiyanın ünvanına sərt mesaj göndərilib.

News365.az xəbər verir ki, telekanalın rəhbəri, aparıcı Rövşən Məmmədov çıxışı ilə diqqət çəkib.

"Biz də elə buradan deyirik ki, Birinci Qarabağ savaşında Ermənistana Azərbaycan ərazilərini işğal etsin deyə, bir milyardlıq silah göndərənin də, Xocalı soyqırımının baş tutması üçün 366-cı motoatıcı tağımı erməni başkəsənlərinə peşkəş verənin də, Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimlərini iqtidarda saxlayıb 30 il Azərbaycan xalqının əsəbləri ilə oynayanın da, İkinci Qarabağ savaşında Ermənistana gizli yollarla silahlar göndərənin də, müharibənin ən qızğın vaxtında Gəncədə, Bərdəd dinc insanların gecə saatlarında bombalanması və bununla da Azərbaycanı təslim olmağa məcbur etməsi üçün Ermənistana "İskəndər", "Pantsir" silahlarını verənin də, hazırda öz cəzasını gözləyən Ruben Vardanyanı ürəkləndirib aranı qatmaq üçün Qarabağa göndərənin də, müharibədə bir-birinin ardınca torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını kəsməyə çalışanın da kimliyini və ümumiyyətlə...", -  deyə aparıcı söylədikdən sonra efirə "Məhəllə 2" filmindən kadrlar verilib.

Kadrlarda Cabir və Tahir İmanovların canlandırdığı obrazlının ermənistanlıya xitabən "ala, mən də", "nəinki biz, bütün Azərbaycan xalqı..." yer alıb.


Sizin reklam burada
Sizin reklam burada