Oman İrana Hörmüz boğazı ilə bağlı plan təqdim edib

Oman İrana Hörmüz boğazı ilə bağlı plan təqdim edib
19:20

Oman Hörmüz boğazında gəmiçilik böhranının həlli məqsədilə İrana Körfəz ölkələrinin dəstəklədiyi diplomatik plan təqdim edib.

News365.az xəbər verir ki, plana əsasən, boğazdan keçən gəmilər üçün könüllü tranzit rüsumlarının tətbiqi daxildir.

Həmçinin, Tehranın Hörmüz boğazına təkbaşına inzibati nəzarət tələbindən imtina etməsi və qlobal neft daşımalarına maneələrin aradan qaldırılması nəzərdə tutulur. 

Məqsəd beynəlxalq neft daşımalarının fasiləsiz davam etməsini təmin etməkdir.



Sizin reklam burada
Sizin reklam burada