Ölkə üzrə 2 gün ərzində 86 cinayətin üstü açıldı – 52 nəfər saxlanıldı

Ölkə üzrə 2 gün ərzində 86 cinayətin üstü açıldı – 52 nəfər saxlanıldı
10:44

İyunun 21-i və 22-də ölkə ərazisində 79 yeni cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

– Narkotiklərlə bağlı 36 fakt, qanunsuz saxlanılan silah-sursatla əlaqədar isə 11 fakt aşkarlanaraq hüquq-mühafizə orqanları tərəfindən qeydə alınıb.

– Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada