Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 6-da ölkə ərazisində 60 cinayət faktı qeydə alınıb. Həmçinin, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması təmin edilib.
Polis əməkdaşları tərəfindən axtarışda olan ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Görülən tədbirlər nəticəsində narkotiklərlə bağlı 30, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 10 fakt aşkarlanıb.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılaraq istintaqa cəlb olunub.