Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb

Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb
29 May 2026 23:43

Oğuz rayonunda güclü küləyin yaratdığı fəsadlar səbəbindən bir çox kəndlərə elektrik veirlişində problem yaşanır.

News365.az xəbər verir ki, külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb.

Bununla yanaşı, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşaraq elektrik naqillərini qırıb.

Nəticədə Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır.


Sizin reklam burada
Sizin reklam burada