“OBA” marketdə partlayışda xəsarət alanların SON DURUMU YENİLƏNDİ

“OBA” marketdə partlayışda xəsarət alanların SON DURUMU YENİLƏNDİ
11:50

Fevralın 27-i saat 7-də Xəzər rayonu, Binə südçülük sovxozunda yerləşən "OBA" marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub. 

TƏBİB-dən News365.az-a verilən məlumata görə, çağırış ünvanına Təcili Tibbi Yardım briqadası cəlb olunub. 

Qeyd olunub ki, Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub. 

Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.

Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Binədə "OBA" marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb.  Bakıvaxtı.az xəbər verir ki, bu barədə "OBA" məlumat yayıb. 

ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib: 

"Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır". 

Xəbərdə qeyd olunub ki,  "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir:  "Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq".


***

Fövqəladə Hallar Nazirliyi Binədə marketdə baş verən partlayışla bağlı məlumat yayıb.

Bu barədəNews365.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb".



News365.az-ın əməkdaşı Pərviz İsmayılov hadisə yerindən görüntüləri qeydə alıb



Sizin reklam burada
Sizin reklam burada