İranda yanacaq daşıyan maşın partlayıb, ÖLƏNLƏR VAR

İranda yanacaq daşıyan maşın partlayıb, ÖLƏNLƏR VAR
21:40

İranın qərbində yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb.

News365.az xəbər verir ki, bu barədə İranın IRIB dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, partlayış Sənəndəc şəhərinin girişində baş verən yol-nəqliyyat hadisəsindən sonra qeydə alınıb.

Hazırda fövqəladə xidmətlər ərazidə xilasetmə işləri aparır və yanacağın dağılmasının fəsadlarını aradan qaldırırlar.

İlkin məlumata görə, Həmədan-Sənəndəc magistralı ilə hərəkət edən yanacaqdaşıyan avtomobilin qəzaya uğramasına əyləc sistemində yaranan texniki nasazlıq səbəb olub.

Hadisə nəticəsində, həmçinin 6 nəfərin xəsarət aldığı qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada