Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
27 Mar 2025 16:57

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 28-30-da küləkli hava şəraiti gözlənilir. 

News365.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Hacıqabul, Xızı, Mingəçevir, Siyəzən, Şabran, Naftalan, Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçında cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Sizin reklam burada
Sizin reklam burada