Niyə hər dəfə də Prezident məsələyə münasibət bildirəndə, əl-ayağa düşürlər?

Niyə hər dəfə də Prezident məsələyə münasibət bildirəndə, əl-ayağa düşürlər?
09:37
Bu gün Milli Elmlər Akademiyasında çıxış edən Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı fikirləri ciddi və əsaslı siqnaldır. Qədim köklərə malik dilimiz zamanla terrora məruz qalıb. Bunun günahını da heç kimdə deyil, ilk növbədə özünüzdə axtarmalıyıq. Əsasən də, ölkədə fəaliyyət göstərən telekanallarda. Əndirəbadi sözlərdən istifadə edərək dilimizi eybəcərləşdirən, əcnəbi, alınma sözləri calaq edən aparıcılar nəticə çıxarmalıdırlar. Nə qədər yamaq sözlərlə dilimizi korlamaq olar?
Bizim dilimiz ən zəngin və şirin dillərdən biridir. Bütün Türksoylu xalqların anladığı dildir. Biz, özümüz şüurlu şəkildə mənsub olduğumuz Azərbaycan dilini nə günə qoymuşuqsa, ölkə başçısı bundan narahat olaraq münasibət bildirir.
Ümumiyyətlə, hər sahədə belədir. Aidiyyatı qurumlar başlarının altına balış qoyub mürgüləyir və mövcud problemlər yaranır. Hər dəfə də Prezident İlham Əliyev məsələni qaldırıb münasibət bildirəndə, əl-ayağa düşürlər.
Ramidə Allahverdiyeva, publisist

Sizin reklam burada
Sizin reklam burada