Ukrayna-Rusiya münaqişəsi hələ də beynəlxalq diqqət mərkəzindədir və Rusiya tərəfinin strateji hədəfləri diqqət çəkir. Moskva keçmiş imperiya ambisiyalarını qoruyaraq Ukraynanın ərazisinin maksimum hissəsini ələ keçirməyə çalışır, eyni zamanda ölkənin Avropa və NATO ilə inteqrasiyasının qarşısını almağa səy göstərir. Lakin indiki reallıqlar Rusiyanın bütün arzularını həyata keçirməsinə imkan vermir və bu vəziyyət Ukrayna ilə danışıqlarda yeni çətinliklər yaradır. Konfliktin gələcəyi həm hərbi, həm də diplomatik səylərin nəticəsindən asılı olacaq.
Politoloq Turab Rzayev News365.az-a açıqlamasında bildirib ki, Rusiya uzun müddətdir öz tarixi və siyasi düşüncəsində keçmiş imperiya ambisiyalarını qoruyur.

Onun sözlərinə görə, Rusiyanın indiki imkanları arzularına tam cavab vermir, buna görə də Moskva Ukraynadan bacardığı qədər çox ərazi ələ keçirməyə və ölkənin Avropa və NATO ilə inteqrasiyasının qarşısını almağa çalışır.
"Rusiya məqsədi Ukraynanın tam olaraq nəzarət altında saxlanılması olsa da, hazırkı vəziyyətdə yalnız mövcud imkanlarla maksimum nəticə əldə etməyə çalışır. Politoloq əlavə edib ki, Ukrayna tərəfi isə mümkün sülh danışıqları zamanı Rusiya tərəfinin gələcəkdə yenidən hərbi müdaxilə etməməsini təmin etməyə çalışır."
Turab Rzayev həmçinin qeyd edib ki, Donbass bölgəsində 2014-cü ildən fəaliyyət göstərən yerli qruplar və silahlı dəstələr Moskvanın strateji maraqlarını dəstəkləyir, lakin indiki vəziyyətdə Rusiya bütün Ukraynanı nəzarət altına ala bilmir.