Nikola Sarkozi həbsxanaya belə getdi – VİDEO

Nikola Sarkozi həbsxanaya belə getdi – VİDEO
12:49

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yollanıb.

70 yaşlı siyasətçinin tərəfdarları ona dəstək olmaq üçün evinin qarşısına toplaşıb.

Tərəfdarlarını salamlayan Sarkozi daha sonradan avtomobilə əyləşərək Parisin cənubunda cəzasını ciddi rejimli kamerada çəkəcəyi həbsxanaya yollanıb. Onu proses boyu həyat yoldaşı Karla Bruni müşayiət edib.

Xatırladaq ki, N.Sarkozi sentyabrda 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2007-ci ildəki seçki kampaniyasını qanunsuz maliyyələşdirmək işində təqsirli bilinib.


Sizin reklam burada
Sizin reklam burada