Nigar Köçərli “Liv Bona Dea”nı məhkəməyə verir

Nigar Köçərli “Liv Bona Dea”nı məhkəməyə verir
13:51

“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli paytaxtda yerləşən “Liv Bona Dea” xəstəxanasını məhkəməyə verəcək.

O, bu barədə sosial media hesabında məlumat verib. Bildirib ki, məhkəmədə onun hüquqlarını vəkil Zibeydə Zəkəriyyəyeva müdafiə edəcək: “Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var, amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm. İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik.
Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən fırıldaqçı yanaşmaya qarşıyıq”, -deyə N. Köçərli qeyd edib.

Qeyd edək ki, bir müddət öncə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasında keçirdiyi əməliyyat zamanı qeyri-insani rəftarla üzləşdiyini iddia etmişdi və bununla bağlı sosial media hesabında geniş açıqlama yaymışdı. O bildirmişdi ki, əməliyyatdan sonra güclü ağrılar hiss edib və yalnız dəfələrlə israr etdikdən sonra ona anesteziya vurulub. Nigar Köçərlinin sözlərinə görə, əməliyyatdan sonra tibb personalı tərəfindən kobud və əsəbi rəftarla da üzləşib.

Xəstəxana isə açıqlama yayaraq bildirmişdi ki, məsələni ilk gündən diqqətlə araşdırmağa başlayıblar. Qeyd olunan məsələ ilə bağlı xəstə yaxınlarıyla hospitalın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilib.


Sizin reklam burada
Sizin reklam burada